Cümə axşamı, 13 dekabr 2018

Menu

Cümə axşamı, 13 dekabr 2018

DIGƏR NÖVLƏR

Cənubi Koreyada Qış Olimpiadası bu gün başa çatır - İlk ÜÇLÜK

25.02.2018 10:57

Cənubi Koreyanın Pxençan şəhərində fevralın 14-də start götürən Qış Olimpiya Oyunları başa çatmaq üzrədir. Bu gün dörd final qarşılaşması ilə Oyunlara yekun vurulacaq. Pxençan Olimpiadasının bağlanış mərasimi yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 15:00) başlayacaq və təxminən 2 saat 30 dəqiqə davam edəcək. Təşkilatçılar milli mədəniyyətin mühüm yer tutacağı baxımlı və effektli şou təqdim etməyə çalışdıqlarını bildirirlər. Bağlanış mərasiminin gedişində Pxençan şəhərinin meri Olimpiya məşəlini növbəti Qış Olimpiya Oyunlarının paytaxtı Pekin şəhərinin merinə ötürəcək. Xatırladaq ki, Oyunların sonuncu günü ərəfəsində medal sıralamasına görə Norveç idmançıları birinci yerdədir (13 qızıl, 14 gümüş, 11 bürünc). İkinci yerdə Almaniya (13-8-7), üçüncü pillədə Kanada (11-8-10) komandaları qərarlaşıb.Modern.az

Oxundu: 832

© 2018 - NSPSOLUTIONS