cümə, 26 aprel 2024

BOKS

Boksçumuz "Strandja" turnirində bürünc medal qazanıb

25.02.2018 13:08 Oxundu 4560

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb. Federasiyadan Cempion.az-a verilən məlumata görə, bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb. Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.