cümə axşamı, 28 mart 2024

GÜLƏŞ

Rusiyalı güləşçi dünya çempionatında qazandığı medaldan məhrum edildi

28.02.2018 12:26 Oxundu 3028

Dopinq-testi müsbət nəticə verən rusiyalı güləşçi Aleksandr Çexirkin 2017-ci il dünya çempionatında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə "RİA Novosti"yə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib. "Parisdə keçirilmiş dünya çempionatında ondan götürülən nümunə müsbət nəticə verib. Çexirkinin onurğasında və diz oynağında zədəsi vardı", - Mamiaşvili söyləyib. Dünya Güləş Birliyi (UWW) isə 75 kq çəki dərəcəsində mübarizə aparan 32 yaşlı idmançının cəza müddətinin azaldılmasına dair qərar qəbul edib. Bu barədə idman vəkili Artyom Patsev "facebook" səhifəsində yazıb: "İdmançı üçün sanksiyanın əhəmiyyətli dərəcədə - 4 ay müddətinə azaldılmasına nail oluq. Aleksandr bu gündən etibarən məşq edə və yarışlara qatıla bilər".Report