çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

FIDE reytinqi: Şəhriyar Məmmədyarov ikinci pillədəki mövqeyini qoruyub

01.03.2018 09:30 Oxundu 3425

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov xallarının 2814-dən 2809-a enməsinə baxmayaraq, ikinci sıradakı mövqeyini qoruyub.

Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geri qalır.

Bu isə o deməkdir ki, Ş.Məmmədyarov martın 10-da Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə reytinq favoriti kimi başlayacaq. Çünki bu turnirin qalibi dünya çempionluğu uğrunda görüşdə məhz Karlsenlə üz-üzə gələcək.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci pillədə qalıb. Bir pillə irəliləyən Rauf Məmmədov 2709 xalla 39-cudur. Dörd sıra geriləyən Arkadi Naydiç isə 2701 xalla 45-cidir. Report