cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Araz Abdullayevin transfer qiyməti müəyyənləşdi

06.03.2018 10:40 Oxundu 2409

Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Kiprdə davam etdirə bilər. Hazırda icarə əsasında “Anortosis”in formasını geyinən futbolçunun birdəfəlik transferi gündəmdədi. Müqavilə ilə “Qəbələ”yə məxsus olan Abdullayev mövsümün əvvəlində yollandığı “Anortosis”in aparıcı simalarından birinə çevrilməyi bacarıb. Uğurlu çıxış kiprliləri transfer məsələsini düşünməyə vadar edib. Xəbərdə “Qəbələ”nin keçid üçün 150 min avro istədiyi vurğulanıb. “Anortosis” rəhbərliyi və məşqçilər korpusu hələ ki, futbolçunun oyunundan məmnundu və onun gələcəkdə də komandaya kömək edəcəyini düşünürlər. Ancaq Kipr təmsilçisi bu məbləği Azərbaycan klubuna ödəyib-ödəməyəcəyinə hələ qərar verməyib. Bu da 26 yaşlı oyunçunun qarşıdakı turlardakı çıxışından asılı olacaq. Mövsümün qalan hissəsində bir neçə derbi baş tutacaq ki, Arazın məhz həmin qarşılaşmalardakı performansı onunla bağlı qərarın qətiləşməsinə səbəb olacaq. Qeyd edək ki, Araz Abdullayev “Anortosis”in heyətində keçirdiyi 22 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.Apasport