cümə, 29 mart 2024

BİZİM FUTBOL

Azərbaycanda hakimi döyən futbolçu 10 oyunluq cəzalandırılıb

06.03.2018 14:35 Oxundu 2560

AFFA İntizam Komitəsi “Energetik” klubunun futbolçusu Samir Əliyevi 10 oyunluq cəzalandırıb.

Cempion.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, səbəb Əliyevin Regional Liqada “Şəmkir”lə matçın 78-ci dəqiqəsində aqresiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır.

Oyunun 23-cü dəqiqəsində “Energetik”in digər futbolçusu Tural Məmmədzadə də hakimi təhqir edib. Nəticədə meydandan kənarlaşdırılan Məmmədzadə 4 oyun cəzalanıb.

“Şağan” – “Tufan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Elçin Əliyev də hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. O da 4 oyun cəza alıb.

Gənclər Liqasının “Neftçi” İK İB – “Səbail” görüşünün 80-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Samir Əliyev, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Dalğa” – “İçərişəhər” qarşılaşmasının 25-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Nicat Əliyev, “Avanqart” – “LSS” oyunun 45-ci dəqiqəsində isə meydan sahiblərinin futbolçusu Vahid Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.