bazar, 24 iyun 2018

Menu

bazar, 24 iyun 2018

DÜNYA FUTBOLU

Braziliya millisinin sabiq üzvü iflic keçirib, karyerasını bitirdi

06.03.2018 17:00

Braziliyanın tanınmış futbolçusu Marselinyo karyerasını bitirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 42 yaşlı yarımmüdafiəçini buna səhhətindəki problem məcbur edib.

Belə ki, “Herta”dakı çıxış ilə tanınan hücumameylli oyunçu beynindəki qan dövranında yaranmış problemə görə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi ilə onun həyatını xilas etmək mümkün olub. Reanimasiyada həkim nəzarətində olan Marselinyonun iflic keçirdiyi, lakin şikəst qalmayacağı açıqlanıb. Bununla belə, həkimlər ona bundan sonra futbol oynamağı qadağan ediblər.

Qeyd edək ki, son klubu Braziliya “Treze”si olan Marselinyo ötən il Berlin Olimpiya Stadionunda vida matçı keçirsə də, karyerasını davam etdirmişdi. Karyerası ərzində 20-dən çox klub dəyişən futbolçu Braziliya millisinin heyətində də 6 matçda iştirak edib, 1 qol vurub.

Oxundu: 344

© 2018 - NSPSOLUTIONS