Cümə, 21 sentyabr 2018

Menu

Cümə, 21 sentyabr 2018

BIZIM FUTBOL

Elxan Məmmədov: "Danışılmış oyunlarla bağlı problemimiz var"

07.03.2018 13:36

“İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ vardı. Onlardan biri Futzal Federasiyasının hesabatı idi. Yığmamızın Avropa çempionatındakı çıxışı ilə bağlı hesabat verildi”. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcariyyə Komitəsinin bu gün baş tutan iclasından sonra təşkil edilən mətbuat konfransında söyləyib. O, bildirib ki, iclasda Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandasının baş məşqçisi təyin olunub: “Araşırmaq lazımdır, bəlkə də Zeynalov 3 yığmada oynayan və qol vuran yeganə futbolçudur”.

E.Məmmədov bildirib ki, iclasda danışılmış oyunlarla bağlı müzakirə aparılıb: “Məlumatlar məxfidir. Mübarizəmizi davam etdirəcəyik. İcraiyyə Komitəsi bununla bağlı dəstəyini göstərəcək".

Baş katib toplantıda 3 nəfərə xüsusi, 4 nəfərə adi təqaüd verilməsi ilə bağlı qərar qəbul olundu. Həmçinin, Media Komitəsi ilə bağlı Firuz Abdulla ətraflı məlumat verdi. İK bütün detallarını dinlədi. Onlar komitənin fəaliyytinin davam etdirilmsini istəyirlər. Lakin yeni format, konsepsiya olmaldıır. İlk ilimiz uğurlu oldu. Amma komitənin ikinci ilində problemlər yarandı”.

Bundan başqa AFFA rəsmisi Lisenziyalaşdırma Qrupunda üzv kimi vakant yerə Zaur Hacı-Məhərərrəmovun namizədliyinin təklif edilərək, təsdiqləndiyini əlavə edib.

E.Məmmədov jurnalistlərin suallarını da cavablandırıb...

- Danışılmış oyunların qarşısını daha primitiv yolla həll etmək olmaz?

- Bu məsələni İK müzakir etdik. Təbii ki, qərar yoxdur. Danışılmış oyunlarla bağlı faktlar üzə çıxsa yeni format düşünüləcək. Artıq İK-nın bu barədə mılumatı var.

Avropada əvəzedici komandalar I divizionda çıxış edir. Bizdə də belə praktikadan istifadə etmək mümkündür?

- Bunu millinin baş məşqçisi ilə müzakirə etmişik. Xahiş etmişik ki, bu məsələ Klublar Komitəsində müzakirəyə çıxarılsın.

- İclasda Premyer Liqada komandalarının və azarkeşlərinin sayının azalması ilə bağlı məsələ müzakirə olundu?

- Klub sayı azalırsa, azarkeşlər də azalır. Hesabatda futbolun inkişafı ilə bağlı mənfi hallar var. Sumqayıtda tribunanın sayı azdır. Amma çox yer olsa, say da çox olar. “Kəpəz”in stadionunda azarkeş sayının azalması da nəticədən asılıdır. Klublar azarkeş cəlb etmək üçün layihələr həyata keçirməlidirlər.

- Klublar Komitəsinin gücsüz bir quruma çevrildiyini düşünmürsünüz?

- Biz AFFA olaraq, Klublar Komitəsini bir platforma kimi yaratmışıq. Komitə hansısa məsələni qaldırsa, biz də İK-da qaldıra bilərik. Klublar bu platformanı inkişaf etdirməlidirlər.

- “Sumqayıt”ın rəhbərliyinin dəyişilməsi ideyasının müəllifi kimdir?

- Kamran Quliyevin “Sumqayıt”dan “Neftçi”yə keçidi birbaşa onun qərarıdır. “Neftçi”nin təsisçilərindən təklif aldı və getdi. Bununla bağlı Muxtar Babayevlə də öncədən danışıb. Yəni, etik qaydalar çərçivəsində olub.

- “Sumqayıt”ın yeni prezidenti kim olacaq? Bayaq Rövnəq Abdullayev Riyad Rəfiyevə “təbrik edirəm, Sumqayıt”a gedirsən dedi...

- Bəli, namizədlərdən biri Riyad Rəfiyevdir. O, mənə bildirdi ki, “Sumqayıt”dan təklif gəlib. Həmçinin, AFFA-da əvvəl işləyən və indi çalışan şəxslərə də təklif olub. Təbriklə bağlı deyə bilərəm ki, sizə inanıram. Ola bilər ki, hansısa qərar var. AFFA-da çalışan insanlar təklif alanda bizim fikrimizi soruşurlar. Bəlkə mənə də təklif gəlsə, Rövnəq müəllimdən icazə alıb gedərdim. Bu, normal haldır. Məsələn, “CBC Sport”un işçisi kluba gedəndə, heç kim heç nə demir. Amma bizdən olanda, yazırlar ki, AFFA-nın adamı kluba getdi.

- İclasda Premyer Liqa klublarlnın sayının artması bardə danışıq oldu?

- Bizim danışılmış oyunlarla bağlı problemimiz var. Biz bilməliyk ki, I Diviziondakı klub tər-təmizdir. Demirəm ki, hamısı tər-təmiz deyil. Lakin çempionatın sonunu gözləməliyik. İdeal say 10 komandadır. Paradoksal hal budur ki, 8 komandalı çempionatın təmsilçisi Çempionlar Liqasının qrupunda çıxış edir.

- Millətlər Liqası ilə bağlı Qurban Qurbanovun fikirləri dinlənildi?

- Xeyr. Heç bir söhbət olmadı. Yığma hələ onun rəhbərliyi altına 1 oyun keçirib. Söz vermək və ya tələb etmək düz olmaz. Yoldaşlıq oyunlarından sonra bu məsələyə qayıdılacaq. Dörd yoxlama oyunu planlaşdırılıb.

- I Divizionda çıxış edən debütantların oyunlarını izləyirisiniz?

- Yaxınlarda “Xəzər”in rəhbərliyi ilə görüşüm oldu. Sevindirici haldır ki, dərhal sərmayə buraxmaq istəyirlər. Amma bu, həm də qorxulu məqamdır. Tövsiyə etdim ki, təməlli işlər aparılsın. Biri var klub yaratmaq, biri var komanda. Bizə lazımdır ki, I Divizonda klub fəaliyyət göstərsin. Araşdırsaq, görərik ki, komandalar çoxdur. Sabah” da “Vətən”nin bazasında formalaşıb.

- Qurban Qurbanovun əmək haqqısı Robert Prosineçkidən azdır, yoxsa çoxdur?

- Müqaviləyə əsasən, məxfilik qorunmalıdır. Ona görə də cavab verə bilməyəcəyəm.

- AFFA-nın maliyyələşdiriyi I divizion klublarnda da problem var? - Əlbəttə. Maliyyələçdirmək ayrı, klub idarəçiliyi ayrı. Bizim üçün əsas odur ki, orda şəffaflıq olsun və yerli futbolçular çıxış etsin. Bəzi klublar legioner dəvət ediblər. Lakinin onların xərcini özləri ödəyirlər. Biz vermirik.Report

Oxundu: 368

© 2018 - NSPSOLUTIONS