Cümə, 21 sentyabr 2018

Menu

Cümə, 21 sentyabr 2018

DÜNYA FUTBOLU

Çempionlar Liqası: "Yuventus" və "Mançester Siti" dörddə bir finala yüksəlib

08.03.2018 09:22

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçirilib. İkinci oyun günündəki hər iki görüş İngiltərədə baş tutub. "Tottenhem" və İtaliyanın "Yuventus" komandalarının dueli gərgin mübarizə şəraitində keçib. İngiltərənin "Uembli" stadionunda baş tutan görüş Turin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində Qonsalo İquain və Paulo Dibala, "Tottenhem"də isə Son Hın Min fərqlənib. Komandaların Turində keçirilən ilk qarşılaşması 2:2 hesabı ilə nəticələndiyindən, "Yuventus" ¼ final mərhələsinə adlayıb, bu mövsüm Çempionlar Liqasında ilk dəfə məğlub olan "Tottenhem" isə turnirdən kənarda qalıb.

Paralel keçən qarşılaşmada "Mançester Siti" "Etihad" stadionunda İsveçrənin "Bazel" kollektivini qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında ilk görüş 4:0 hesabı ilə "Mançester Siti"nin xeyrinə başa çatdığından, ümumi nəticəyə görə mərhələ adlayan tərəf ingilislər olub.

Çempionlar Liqası. 1/8 final. Cavab qarşılaşması

23:45. "Tottenhem" (İngiltərə) – "Yuventus” (İtaliya) - 1:2

Qollar: Hyunq Min-Son, 39 - Qonsalo İquain, 64. Paulo Dibala, 67

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 2:2

Report

Oxundu: 373

© 2018 - NSPSOLUTIONS