çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Türkiyə I Liqasının oyunu yarımçıq dayandırılıb

09.03.2018 10:36 Oxundu 2464

Futbol üzrə Türkiyə I Liqasında XXVI turun "Ankaragücü" - "Adanaspor" matçı yarımçıq dayandırılıb. Buna elektrik enerjisinin kəsilməsi səbəb olub. Ankarada "19 may stadionu"ndakı qarşılaşmanın 10-cu dəqiqəsində şəhər şəbəkəsindən gələn elektirk enerjisi kəsildiyi üçün oyunda 10 dəqiqəlik fasilə yaranıb. Generatorun işə düşməsindən sonra davam edən görüşün 33-cü dəqiqəsində Yusif Abdioğlu "Ankaragücü"nü hesabda önə keçirib. Lakin 40-cı dəqiqədə generatorda da problem yarandığı üçün matç təkrar dayanıb və baş hakim Bülent Birincioğlu komandaları paltardəyişmə otağına göndərib. Qaydalara əsasən, problem 20 dəqiqə ərzində aradan qaldırılmadığı üçün oyun yarımçıq dayandırılıb. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 15:30-dan etibarən qaldığı yerdən davam etdiriləcək.Report