çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Qarabağ” klubların reytinq siyahısında geriləyib

09.03.2018 10:43 Oxundu 2530

Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının 4, Avropa Liqasının 8 görüşü cədvəldə müəyyən dəyişikliklərə səbəb olub. Avropanın 442 komandasının yer aldığı siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son 5 mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabarğ” 3 pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub. Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Buna İspaniyanın avrokuboklardakı uğurlu çıxışı səbəb olub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.Apasport