çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Araz Abdullayev böyük futbolçu ola bilər"

09.03.2018 12:20 Oxundu 2483

Kipr mətbuatı növbəti dəfə "Anortosis"in azərbaycanlı futbolçusu Araz Abdullayevdən yazıb. Arazın kifayət qədər istedadlı olduğunu qeyd edən "anorthosis24.net" saytı onun gələcəkdə böyük futbolçu ola biləcəyini vurğulayıb: "Araz hazırkı komandasında hər şeyə yenidən başlaya bilər. O, karyerasına ümidverici şəkildə başlayan, amma heç də bütün etimadları doğrulda bilməyən istedadlı Azərbaycan futbolçularındandır. Araz hesab edir ki, "Anortosis"dəki çıxışı karyerasına yenidən daha uğurlu başlamağa kömək edəcək. Biz də onunla razıyıq. Cəmi 25 yaşındadır. Böyük futbolçu ola bilər. Bunun üçün qarşıda bir neçə mövsümü var". Qeyd edək ki, Abdullayev ötən ilin yayında "Qəbələ"dən 1 illik icarə əsasında "Anortosis"ə keçib.Qol.az