çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Lionel Messi şəxsi səbəblərə görə çempionat oyununda iştirak etməyəcək

10.03.2018 14:12 Oxundu 2124

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bu gün La Liqanın XXVIII turu çərçivəsində “Malaqa” ilə görüşdə iştirak etməyəcək.

“Report” Kataloniya təmsilçisinin “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 30 yaşlı argentinalı hücumçu şəxsi səbəblərə görə matçı buraxacaq.

Qeyd edək ki, L.Messi cari mövsümdə “Barselona”nın heyətində 41 oyuna çıxıb və 32 qol vurub. “Malaqa” - “Barselona” görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.