çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Ufuk Budak Azərbaycan millisinə çağırılmamasını istədi

14.03.2018 11:26 Oxundu 2836

“Samsunspor”un müdafiəçisi Ufuk Budakın Azərbaycan millisinə dönüşü baş tutmayacaq. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilir ki, müdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacaran futbolçu Azərbaycan millisinin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına çağırılıb. Lakin Budak PTT I liqanın geridə qalan turunda “Qaziantepspor”la görüşdə zədələndiyi üçün millimizə qoşulmayacaq. Onun bu üzdən AFFA rəsmiləri ilə əlaqə saxladığı və dəvət edilməməsini istədiyi vurğulanıb. Yığma komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə müayinə ediləcək 28 yaşlı müdafiəçinin çempionatın “Adanaspor”la matçına qədər sıraya dönməsi gözlənilir. “Samsunspor”un həkimi tibbi müayinənin ardından zədənin qorxulu olmadığını açıqlayıb. Lakin həkimin məsləhəti ilə məşqçilər korpusu onu “Boluspor”la görüşdə riskə atmamaq qərarına gəlib. Qeyd edək ki, Azərbaycan millisi martın 23-də Belarus, 27-də isə Makedoniya ilə qarşılaşacaq.Apasport