çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Tanınmış futbolçu azarkeşə tüpürdüyü üçün telekanaldan kənarlaşdırılıb

14.03.2018 16:25 Oxundu 2882

İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karrager ekspert kimi çalışdığı “Sky Sports” telekanalından cari mövsümün sonuna qədər kənarlaşdırılıb.

Səbəb veteran müdafiəçinin “Liverpul”un Premyer Liqanın XXX turunda “Mançester Yunayted”ə “Old Trafford”da 1:2 hesabı ilə uduzduğu matçın ardından meydan sahiblərinin azarkeşi və onun 14 yaşlı qızına tüpürməsidir.

Davranışına görə zərərçəkmişlərdən və ictimaiyyətdən üzr istəyən 40 yaşlı mütəxəssisin işini davam etdirib-etdirməməsinə növbəti mövsümün startı ərəfəsində baxılacaq.

Qeyd edək ki, Ceymi Karrager 1996 – 2013-cı illərdə “Liverpul”un heyətində 508 oyun keçirib. Report