şənbə, 23 iyun 2018

Menu

şənbə, 23 iyun 2018

DÜNYA FUTBOLU

Qvardiolanın tələbi: Dibalanı transfer edin!

14.03.2018 19:30

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın hücum xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Premyer Liqa klubunun çalışdırıcısı gələcəklə bağlı planlar qurur.

İspaniyalı məşqçi “Yuventus”un forvardı Paulo Dibalaya “göz dikib”. O, hazırda “şəhərlilər”in formasını geyinən Serxio Aqueronun gələcəkdə ayrılmaq ehtimalını nəzərə alaraq, indidən ona alternativ düşünməyə başlayıb. Qvardiolanın ilkin variantı məhz Dibaladı.

İngilislər bu keçidin baş tutması üçün 200 milyon avro xərcləməyə hazırdılar. “Mançester Siti” rəhbərliyi mövsümün sonunda qarşı tərəfə rəsmi təkliflə müraciət edəcək.

Oxundu: 320

© 2018 - NSPSOLUTIONS