çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Messi karyerasının ən erkən qolunu vurub

15.03.2018 09:04 Oxundu 2331

"Barselona" futbol üzrə Çempionlar Liqasının 1/8 finalının cavab matçında "Çelsi"ni (3:0) qəbul edib.

Kataloniyalıların forvardı Lionel Messi matçın ilk dəqiqələrində dəqiq zərbə ilə komandasını hesabda irəli çıxardıb.

Argentinalı futbolçu start fitindən 2 dəqiqə 8 saniyə sonra fərqlənib. Bununla da o, "Barselona" və Argentina yığması ilə iştirak etdiyi bütün rəsmi görüşlərdə ən erkən qoluna imza atmış olub. Report