çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Millimiz 8 pillə gerilədi

15.03.2018 14:52 Oxundu 3047

Milli komandaların FİFA reytinqi açıqlanıb. Azərbaycan yığması 8 pillə geriləyib. Qurban Qurbanovun yetirmələri 243 xalla planetin 127-ci komandasıdı. Yığmamız ötən ay 119-cu sırada yer almışdı. Komandamız ötən ay açıqlanan siyahıdan sonra heç bir matça çıxmasa da, 42 xal itirib. Bu xal itkisi də geriləməyə səbəb olub.

Millimiz və qonşuları

124 (125). Tacikistan - 255

125 (126). Bəhreyn – 253

126 (127). Qvatemala – 245

127 (119). Azərbaycan – 275

128 (128). Toqo - 241

129 (129). Tailand - 238

130 (137). Andorra – 232

Dünyanın ən güclü 10 komandasının siyahısında heç bir dəyişiklik olmayıb. Yığmaların yalnız xal hesablarında dəyişikliklər qeydə alınıb.

İlk “onluq”

1 (1). Almaniya - 1609

2 (2). Braziliya - 1489

3 (3). Portuqaliya - 1360

4 (4). Argentina - 1359

5 (5). Belçika - 1337

6 (6). İspaniya – 1228

6 (7). Polşa - 1228

8 (8). İsveçrə - 1197

9 (9). Fransa – 1185

10 (10). Çili – 1161

Millimizin rəqiblərindən ən yaxşı nəticə 75-ci olan Makedoniyaya məxsusdu. Balkanlılar 1 pillə geriləsə də, bütün rəqiblərimizdən öndə qərarlaşıb.

Millimizin rəqibləri

75 (74). Makedoniya - 441

97 (96). Farer adaları - 364

93 (93). Belarus – 376

115 (115). Qırğızıstan - 282

131 (132). Latviya - 231

176 (177). Kosovo - 97

185 (185). Malta - 68

Qeyd edək ki, qonşu Türkiyə millisi 38-ci yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 730 xal var.

Apasport