çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Prosineçki ilə Qurbanovu müqayisə etmək istəmirəm”

15.03.2018 15:25 Oxundu 2933

“Bu dəvət mənim üçün gözlənilməz oldu. Çünki autsayder komandadan nadir hallarda milliyə oyunçu çağırılır. Bu da o deməkdi ki, məşqçilər korpusu bütün futbolçuları diqqətdə saxlayır”. Bunu “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov deyib. Millimizin Belarus və Makedoniya ilə bu ay keçirəcəyi yoldaşlıq görüşlərinə dəvət edilən futbolçu buna görə çox sevincli olduğunu vurğulayıb: “Çox şadam, sözlə ifadə olunası hiss deyil. Millinin formasını geyinmək, hətta toplanışında iştirak etmək böyük şərəfdi. Yığmaya çağırılmasına sevinməyən futbolçu tanımıram”. Müdafiəçi millimizin baş məşqçisi Qurban Qurbanovun seçimini ədalətli sayır: “Robert Prosineçki ilə Qurban Qurbanovu heç müqayisə etmək istəmirəm. Çünki xorvatiyalının rəhbərliyi altında oynamamışam. Qurban müəllim əvvəlki baş məşqçilərlə müqayisədə yerlidi, bütün futbolçuları daha yaxşı tanıyır. Heyətə də baxanda görünür ki, təkcə lider komandalardan oyunçular çağırılmayıb. “Kəpəz”dən, “Səbail”dən, “Keşlə”dən dəvət alan var. Bu da o deməkdi ki, hamı Qurban müəllimin diqqətindədi. Belədə hər şey futbolçunun özündən asılı olur. Bütün bunlar baş məşqçinin necə ədalətli seçim etdiyini göstərir. Bundan sonra heyətdə möhkəmlənib-möhkəmlənməmək bizim öz əlimizdədi”. Qeyd edək ki, yığmamız martın 23-də Belarus, 27-də isə Makedoniya ilə qarşılaşacaq.Apasport