çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Bu gün "Fənərbağça" və "Qalatasaray" komandaları 387-ci dəfə qarşılaşacaqlar

17.03.2018 13:12 Oxundu 2674

Bu gün Türkiyə Super Liqasının XXVI turu çərçivəsində "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gələcək. "Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Görüşü Bülent Yıldırımın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Əzəli rəqiblər tarixdə 387-ci, ölkə çempionatında isə 122-ci dəfə qarşılaşacaqlar. Əvvəlki 386 oyundan 146-da "Fənər", 123-də "Cim-Bom" qalib gəlibsə, 117 matç heç-heçə ilə nəticələnib. Vurulan qolların nisbəti isə belədir - 532:482.

Çempionat qarşılaşmalarında isə "sarı-lacivərdlilər" 50, "sarı-qırmızılar" 33 qələbə qazanıb, 38 heç-heçə qeydə alınıb. Topların nisbəti 154:116-dır.

"Qalatasaray" "Fənərbağça"nı sonuncu dəfə 18 oktyabr 2014-cü ildə "Türk Telekom Arena"da yenməyi bacarıb - 2:0. "Şükrü Saracoğlu"da isə "Cim-Bom" 18 ildən çoxdur qələbə qazana bilmir. Sonuncu dəfə "sarı-qırmızılar" buna 22 dekabr 1999-cu ildə nail olublar - 2:1. Həmin görüşdən sonra iki komanda 18-i Superliqa, 3-ü isə ölkə kubokunda olmaqla, 21 görüşə çıxıb. Bunların 15-də "sarı-lacivərdlilər" qələbə qazanıb, 6-da isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Superliqada 25 turdan sonra "Qalatasaray" 53 xalla 1-ci pillədə qərarlaşıb. "Fənərbağça" isə 47 xalla 4-cüdür. Report