çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Şəhriyar Məmmədyarov Levon Aronyanla qarşılaşıb

21.03.2018 10:39 Oxundu 3609

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində bu gün IX turun görüşləri olub. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar. Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.

Turun digər görüşləri:
Fabiano Karuana (ABŞ) - Din Lijen (Çin)
Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya) - 1:0
Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq. RealTV