çərşənbə, 18 iyul 2018

Menu

çərşənbə, 18 iyul 2018

BIZIM FUTBOL

Kosovo yığması Azərbaycanla oyunun hazırlığı zamanı problemlə üzləşib - VİDEO

22.03.2018 12:30

Kosovonun 21 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyununun hazırlığını başa vurub.

“Report” Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rafet Prekazinin rəhbərlik etdiyi kollektivin son məşqi əlverişsiz hava şəraitinə görə planlaşdırıldığında qısa sürüb.

Baş məşqçi bu addımı futbolçuların üzəri qarla örtülmüş süni meydançada zədə almamaları üçün atıb.

Məşq prosesindən sonra komandanın bəzi futbolçuları Azərbaycanla görüş haqda fikirlərini bölüşüblər. Mərkəz hücumçusu Arian Kabaşi bildirib ki, rəqibi çox yaxşı tanıyırlar: “Hazırlıq yaxşı keçdi. Hərçənd qar yağdığı üçün istədiyimiz qədər məşq edə bilmədik. Azərbaycanı çox yaxşı tanıyırıq, son matçımızı bu komandaya qarşı keçirmişik. Onların oyununu bilirik. Fikrimcə, hazırılığımız sayəsində qalib gələcəyik. Bu görüşdəki qələbə Almaniya ilə görüşə daha yaxşı köklənməmizə yardımçı olacaq”.

Yarımmüdafiəçi Ron Broya isə Azərbaycanla görüşün çətin olacağını, lakin qələbəyə inandıqlarını söyləyib: “Rəqibi yaxşı tanıyırıq, zəif cəhətlərini bilirik və bundan yararlanmağa çalışacağıq. Bu komanda ilə ilk matçımızda yaxşı təsir bağışlasaq da, bəxt bizdən yana olmamışdı. Bu dəfə öz azarkeşlərimiz önündə oynayacağıq. Hesab edirəm ki, onları məyus etməyəcəyik. Əlbəttə, qarlı meydançanda çətin olacaq. Lakin seçmə mərhələdə durumumuzu yaxşılaşdırmaq üçün bu şansdan istifadə etməliyik”.

Qeyd edək ki, bu gün Mitrovitsa şəhərində Adem Yaşari Olimpiya stadionunda baş tutacaq Kosovo – Azərbaycan oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu kollektivlərin ilk görüşündə qolsuz heç-heçə qeydə alınıb.

Oxundu: 417

© 2018 - NSPSOLUTIONS