cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Dünya çempionluğu yığma komandaya 125 min qazandıracaq

26.03.2018 11:08 Oxundu 1969

İspaniya yığması Rusiyada keçiriləcək dünya çempionatında göstərəcəyi nəticəyə uyğun mükafat qazanacaq. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, yerli futbol federasiyası mundialın qalibi olacağı təqdirdə, futbolçulara veriləcək mükafatın məbləğini açıqlayıb.

Komanda əgər qrupdan çıxmağı bacarsa, 30 min avro veriləcək. Finala qədər irəliləməyin haqqı 95 min avro olaraq müəyyənləşdirilib. Çempionluq isə oyunçulara 125 min avroluq qazanc gətirəcək.

Qeyd edək ki, İspaniya millisi yeganə dünya çempionluğunu 2010-cu ildə əldə edib.