cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Arda Turan jurnalisti hədələdi: Sənin başını yararam

26.03.2018 14:30 Oxundu 2843

Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan yenə qalmaqalla diqqət mərkəzinə düşüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Başakşəhər”in futbolçusu jurnalistə hədə-qorxu gəlib.

Belə ki, həyat yoldaşı Aslıhan Doğanla restorandan çıxarkən jurnalistin sualı ulduz futbolçunu qəzəbləndirib. Ardıcıl sualların cavabsız qaldığını görən müxbirin Doğandan “Arda bəy sizə danışmaq qadağası qoyub?”, deyə soruşmasından sonra özündən çıxan futbolçu onu döyməklə hədələyib: “Tərbiyəli ol. Qadağa qoymaq nə deməkdi? Sənin başını, gözünü yararam, yoldaşımla danışırsan”.

Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan qış fasiləsində “Başakşəhər”ə icarəyə verilib.