Azərbaycan millisinin müdafiəçisi Ufuk Budak gələcək karyerası ilə bağlı qərarını dəyişib. Türkiyə mətbuatının məlumatına görə, “Samsunspor”un formasını geyinən futbolçu artıq komandada qalmağa müsbət baxır. Maliyyə problemi ucbatından bir neçə oyunçu mövsümün sonunda ayrılmaq barədə düşünürdüsə, klubun Qəyyumlar Şurası tərəfindən idarə olunması qərarından sonra fikirlərini dəyişiblər. Rəhbərlik anlaşması mövsümün sonuna qədər olan bir neçə oyunçu ilə yeni müqavilə məsələsini müzakirə etməyə başlayıb ki, onlardan biri də Ufukdu. Həm millimizin üzvü, həm də digər futbolçular I liqada qalacaqları təqdirdə, yeni müqaviləyə razılıq verəcəklərini bildiriblər. Qeyd edək ki, “Samsunspor” 28 turdan sonra 33 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.Apasport
BİZİM FUTBOL
Ufuk Budak qərarını verdi
27.03.2018 18:50
2906