çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Sergey Karyakin Şəhriyar Məmmədyarovu evinə dəvət etdi

28.03.2018 16:45 Oxundu 3784

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin keçirildiyi Almaniyanın paytaxtı Berlindən vətənə qayıtmayacaq.

O, Rusiyanın paytaxtı Moskvaya gedəcək.

Belə ki, rusiyalı şahmatçı Sergey Karyakin onu Moskvaya dəvət edib. Məmmədyarov bir gün Moskvada onun evində olacaq, Karyakinlə şəhər gəzintisinə çıxacaq.

Qeyd edək ki, Sergey Karyakin də Şəhriyar Məmmədyarov kimi İddiaçılar Turnirində 8 xal toplayıb və II-III yerləri bölüşdürüb. Oxu.az