şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Messi və Ronaldo varsa, Neymar 3-cülüklə barışmalıdır"

29.03.2018 09:29 Oxundu 2967

“Məncə, Neymar PSJ-yə keçməklə düzgün addım atdı. Dünyanın ən yaxşı futbolçusu olmaq üçün “Barselona”dan getməli idi. Çünki orada Messi var”. Bu sözləri “France Football” nəşrinə açıqlamasında Braziliya millisinin sabiq üzvü Roberto Karlos deyib. Neymarın Kriştianu Ronaldo və Lionel Messidən geri qalmasına münasibət bildirən veteran futbolçu həmvətənlisinin hələlik 3-cülüklə barışmalı olduğunu söyləyib: “O, başa düşməlidir ki, Messi və Ronaldo hələ yüksək səviyyədə çıxış edir. Ona görə də üçüncülüklə barışmağa məcburdur” Neymarın zədəsi haqda da danışan Karlos bunun təsadüf olduğuna inanmır: “Onun zədəli olduğunu artıq qəbul etməliyik. Biz braziliyalılar dinə çox inanırıq. Baş verənlərin təsadüf olduğunu düşünmürəm. Bundan sonra Neymar öz işinə daha çox diqqət ayıracaq, sağlamlığına fikir verəcək”.Qol.az