çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Tapançalı prezidentə ağır cəza - futboldan qovuldu

29.03.2018 16:31 Oxundu 2516

Yunanıstan Futbol Federasiyası PAOK-un prezidenti İvan Savvidisi 3 il müddətinə futboldan kənarlaşdırıb. Xarici KİV-nin yaydığı xəbərə görə, buna onun ölkə çempionatında AEK-lə matçda meydana silahla girməsi səbəb olub. Savvidis görüşün baş hakimi Qeorqioes Kominis hədələmişdi. Xatırladaq ki, görüşün son dəqiqələrində PAOK qol vursa da, hakim bunu oyunkənar vəziyyət kimi qiymətləndirərək qeydə almayıb. Bundan sonra PAOK futbolçuları bu qərarla razılaşmayıb və oyunu davam etdirməkdən imtina edib. Hər iki komandanın oyunçuları arasında meydanda mübahisə yaşanıb. Bundan sonra Savvidis silahla meydana daxil olub. Baş verənlərə görə oyun yarımçıq dayandırılıb və Yunanıstanda liqasında 3 həftəlik tətil elan edilib. Ölkə çempionatının oyunları martın 31-i yenidən keçiriləcək.Qol.az