cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Qarabağ” İsraildən müdafiəçi alır?

30.03.2018 13:18 Oxundu 1859

Hayfa “Hapoel”inin futbolçusu Nisso Kapiloto karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Qarabağ” 29 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdı. Xəbərdə Ağdam təmsilçisinin nümayəndələrinin onunla danışıq aparmaq üçün İsrailə yollanmaq niyyətində olduqları da yazılıb.

Cari mövsümü yüksək səviyyədə keçirən Nissonun Azərbaycana köçmək ehtimalı yüksək qiymətləndirilir. Belə ki, “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi və hazırda Premyer Liqaya başçılıq etməsi müdafiəçinin qərarına təsir edə bilər.

Qeyd edək ki, karyerası ərzində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Akko), “Aşdod”, “Beytar”, “Alki” (Kipr) və “Sent-Qallen” (İsveçrə) klublarında çıxış etmiş Nisso Kapiloto 2016-cı ildən “Hapoel”in formasını geyinir. İsrailin gənclər millisində çıxış etmiş müdafiəçinin Hayfa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.