çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Şəhriyar Məmmədyarov reytinqdə ikincidir

31.03.2018 14:42 Oxundu 3540

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yenilənmiş reytinqini dərc edib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlmata görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov reytinqdə ikinci yeri tutur. Onun aktivində 2814 xal var. Reytinqə isə norveçli Maqnus Karlsen başçılıq edir. O, 2843 xalla dünyanın ən güclü şahmatçısı ünvanını qoruyub. İlk üçlüyü isə 2804 xalla amerikalı qrossmeyster Fabiano Karuana tamamlayır.