cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

"Tour d'Azerbaidjan-2018" ləğv olundu

31.03.2018 18:33 Oxundu 2226

"Tour d'Azerbaidjan-2018" veloturu keçirilməyəcək. Mayın 9-13-də planetin ən güclü şosse velosiped komandalarının yenidən Azərbaycanda mübarizə aparacağı gözlənilsə də, bu, baş tutmayacaq. Sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandaların mayın 8-də bir günlük "Bakı-Xızı Eko" turunda da yarışacağı bildirilirdi. Lakin bu da təxirə salınıb. Məlumatı əməkdaşımızla söhbətində Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev də təsdiqləyib. O bildirib ki, "Tour d'Azerbaidjan-2018"in ləğv edilməsinə səbəb dünya çempionatına hazırlıqdı: “Dünya çempionatı daha səviyyəli, nüfuzlu yarışdı. Hazırlıq işləri xeyli vaxt aparır. Buna görə də, "Tour d'Azerbaidjan-2018" keçirilməyəcək. Qərar yalnız bu il üçün qəbul olunub. Gələn il isə həmin velotur təşkil olunacaq”. Lakin etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "Tour d'Azerbaidjan-2018" veloturunun ləğv edilməsinin əsl səbəbi başqadı. Belə ki, veloturun bu il keçirilməməsi maliyyə çatışmazlığı ilə bağlıdı. Qeyd edək ki, "Tour d'Azerbaidjan” veloturu hər il “Synergy Group” ASC-nin sponsorluğu ilə keçirilirdi.Apasport