Bazar ertəsi, 16 iyul 2018

Menu

Bazar ertəsi, 16 iyul 2018

BIZIM FUTBOL

“Neftçi”nin 5 futbolçusu millidə

31.03.2018 19:20


"Neftçi”nin 3 futbolçusu – Valeh Qəhrəmanlı, Fərid Yusifli və Mahir Həsənov Azərbaycanın U-17 milli komandasına dəvət olunub. Klubun saytının xəbərinə görə, aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışına qatılacaq "Neftçi”nin üzvləri ayın 9-dan 15-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcəklər. ”Ağ-qaralar”ın digər 2 futbolçusu isə U-16 milli komandasına dəvət alıb. Mirəli Əhmədov və Nihad Cəfərov aprelin 2-dən 6-dək Bakıda olacaq seleksiya xarakterli təlim-məşq toplanışına qoşulacaq.Apasport

Oxundu: 322

© 2018 - NSPSOLUTIONS