Cümə axşamı, 21 iyun 2018

Menu

Cümə axşamı, 21 iyun 2018

GÜLƏŞ

DK-2018: Sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

03.04.2018 11:32

Aprelin 7-də ABŞ-ın Ayova şəhərində start götürəcək sərbəst güləş üzrə Dünya Kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb. Güləş Federasiyasından Cempion.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda 10 çəki dərəcəsində 13 pəhləvan mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurmaqomed Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədovun (125 kq) xidmətindən yararlanacaq.

Dünya Kubokunda 8 yığmanın iştirakı nəzərdə tutulsa da, onlardan 2-si yarışa qatılmayacaq. İran kollektivi turnirdən imtina etdiyi halda, Rusiya idmançılarına ABŞ-a gəlmək üçün viza verilməyib. Onları Monqolustan və Hindistanın əvəzləyəcəyi gözlənilir.

Püşkə əsasən, Azərbaycan millisi Kuba və Qazaxıstan kollektivləri ilə B yarımqrupunda yer alacaq. ABŞ, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda mübarizə aparacaqlar. Qruplara 4-cü komanda kimi isə Monqolustan və Hindistan salınacaq. Bu, Rusiya ilə bağlı məsələnin həllini tapmasından sonra püşk nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Oxundu: 361

© 2018 - NSPSOLUTIONS