Cümə axşamı, 13 dekabr 2018

Menu

Cümə axşamı, 13 dekabr 2018

BIZIM FUTBOL

"Neftçi"nin yeni transferi: "Bakının belə gözəl olacağını gözləmirdim" - VİDEO

03.04.2018 12:25

"Azərbaycan çempionatı haqqında məlumatım yox idi. Araşdırıb öyrəndim ki, "Neftçi" böyük tarixə malikdir və ölkənin ən titullu klubudur. Həmin an anladım ki, bəli, bu, çox yaxşı və böyük komandadır".

Cempion.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Soni Mustivar klub televiziyasına açıqlamasında söyləyib. Haiti yığmasının yarımmüdafiəçisi "Neftçi" klubundan dəvət aldığı üçün sevindiyini bildirib: "İddialı və çılğın azarkeşləri olan klubda oynamağı sevirəm. Şəhər haqqında məlumatım yox idi. Bura gələndə böyük binalar gördüm. Demək olar, hər şey eynidir. Bakının belə gözəl olacağını gözləmirdim. Xüsusilə axşamlar şəhər işıqlandırılanda çox gözəl mənzərə yaranır. Komandamızın bəlli hədəfləri var. Mənə gəlincə, tez bir zamanda hazır olmalı və Avropa Liqasına vəsiqə qazanmağımız üçün əlimdən gələni etməliyəm".

28 yaşlı futbolçu komandasının Azərbaycan Kubokunun yarımfinalına yüksəlməsini də vacib məqam kimi vurğulayıb: "Kuboku qazanmağımız üçün bacarığımı əsirgəməyəcəyəm. Düşərgədə atmosfer çox yaxşıdır. İlk məşqdə kimin legioner, kimin azərbaycanlı olduğunu ayıra bilmədim. Komandada birlik var və yüksək əhval-ruhiyyə ilə çalışırıq. Bu isə işin ən yaxşı göstəricisidir".

Qeyd edək ki, Soni Mustivar "Neftçi" ilə martın 27-də 2018-2019 mövsümünün sonunadək müqavilə bağlayıb.

Oxundu: 681

© 2018 - NSPSOLUTIONS