cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

De Xeaya 5 illik müqavilə təklifi

03.04.2018 15:34 Oxundu 3200

“Mançester Yunayted” qapıçısı David De Xeanın müqavilə müddətini uzatmağı planlaşdırır.

Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” ispan qolkiperə 5 illik anlaşma təklif edəcək.

28 yaşlı çərçivə qoruyucusu yeni sazişə razılıq versə, illik 18 milyon funt-sterlinq məvacib alacaq. Həftəsinə 350 min qazanacaq qapıçı “mankunianlar”ın heyətində Aleksis Sançesdən sonra ən çox maaş alan ikinci futbolçu olacaq. Onun hazırkı müqaviləsi 2019-cu ilədək nəzərdə tutulub.

Qeyd edək ki, De Xea bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 31 oyunun 16-da qapısından top buraxmayıb.