cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Qurban Qurbanovdan iclasa gecikən futbolçu ilə bağlı QƏRAR

06.04.2018 13:54 Oxundu 3035

Milli komandamızın və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadəni bağışlayıb. Millimizin Belarusla keçirilən yoxlama oyunundan öncəki iclasa gecikdiyi üçün heyətdən kənarlaşdırılan və "Qarabağ"ın əvəzedici komandasına göndərilən oyunçunun cəza müddəti başa çatıb. O, iki həftədən sonra yenidən əsas komandaya qaytarılıb. Mərkəz müdafiəçisi artıq əsas komandanın məşqində iştirak edir. Qeyd edək ki, Elvin Yunuszadə ilə yanaşı, millimizin digər futbolçusu Araz Abdullayev də həminki iclasa gec qatılıb. Lakin Araz millimizin düşərgəsindən kənarlaşdırılmayıb. Oxu.az