cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Azərbaycan yığması Olimpiadaya vəsiqə qazandı

08.04.2018 09:32 Oxundu 2833

Tunisdə təşkil olunan taekvondo üzrə lisenziya turnirinə bu gün yekun vurulub. Hammamet şəhərində iki gün davam edən turnirdə iştirak edən Olimpiya yığmamız ölkəmizə növbəti lisenziyanı qazandırıb. Belə ki, Argentinada baş tutcaq gənclərin Olimpiyadasına 44 kq çəki dərəcəsində mübarizə aparan xanım taekvondoçumuz, yeniyetmələr arasında I dünya birinciliyinin gümüş mükafatçısı (2014), klublararası avropa çempionatının bürünc (2015), klublararası avropa çempionatında gənclər arasında qızıl medalın sahibi (2018) və müxtəlif turnirlərin mükafatçısı Minayə Əkbərova yollanacaq.

Qeyd edək ki, bir gün fasilədən sonra (9 aprel) startı veriləcək dünya birinciliyində baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Nihat Abbasov (45 kq), Yaşar Məmmədli (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karghara (52 kq) şans verəcək.Apasport