cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Azərbaycanlı futbolçu Çexiyada dubl etdi

09.04.2018 16:36 Oxundu 2452

"Slaviya"nın U-21 komandasının üzvü Rövlan Muradov Çexiya çempionatında növbəti dəfə fərqlənib.

Qol.az-ın məlumatına görə, U-21 millimizin üzvü gənclər liqasının 23-cü turunun "Bohemians 1905"la görüşündə dubl edib.

Gənc futbolçu 22-ci və 40-cı dəqiqələrdə komandasının 2-ci və 4-cü qollarına imza atıb. Oyun isə "Slaviya"nın 5:2 qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Slaviya" bu nəticədən sonra 33 xalla 8-ci pillədə qərarlaşıb.