bazar, 16 dekabr 2018

Menu

bazar, 16 dekabr 2018

DÜNYA FUTBOLU

"Barselona" və "Mançester Siti" klubları Çempionlar Liqasında mübarizəni dayandırıb

11.04.2018 10:04

Futbol üzrə Çempionlar Liqasında ilk 2 yarımfinalçı müəyyənləşib. 1/4 final mərhələsinin cavab görüşləri baş məşqçi Xosep Qvardiolanın hazırkı və keçmiş komandaları üçün ağır sonluqla yekunlaşıb.

İngiltərənin "Mançester Siti" klubu ilk görüşdə 0:3 hesabı ilə uduzduğu "Liverpul"a cavab qarşılaşmasında da yenilib. Hesabı "şəhərlilər" hələ 2-ci dəqiqədə Qabriel Jezusun qolu ilə açsalar da, fasilədən sonra qapılarında 2 qol görüblər. 56-cı dəqiqədə Məhəmməd Salah, 77-ci dəqiqədə isə Roberto Firmino fərqlənib. Bununla da "Liverpul" yarımfinala yüksəlib.

İspaniya "Barselona"sı isə ilk görüşdə 4:1 hesabı ilə yendiyi "Roma"ya İtaliyada 0:3 hesabı ilə yenilib. Paytaxt təmsilçisi 6-cı dəqiqədə Edin Cekonun qolu ilə hesabı açıb. 57-ci dəqiqədə Daniele De Rossi penaltidən fərqi artırıb. Oyunda son nöqtəni isə 82-ci dəqiqədə Kostas Manolas qoyub.

Bununla da "Roma" səfər qolu sayəsində mərhələ adlayıb.

Daha 2 yarımfinalçının adına isə bu gün keçiriləcək "Real Madrid" (İspaniya) - "Yuventus" (İtaliya) və "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) matçlarından sonra aydınlıq gələcək.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

10 aprel

22:45. "Roma” (İtaliya) – "Barselona” (İspaniya) - 3:0

Qollar: Edin Ceko, 6. Daniele De Rossi, 57-penalti ilə. Kostas Manolas, 82

Baş hakim: Kleman Türpen (Fransa)

İlk oyun – 1:4

22:45. "Mançester Siti” (İngiltərə) – "Liverpul” (İngiltərə) - 1:2

Qollar: Qabriel Jezus, 2 - Məhəmməd Salah, 56. Roberto Firmino, 77

Baş hakim: Antonio Matyö Laos (İspaniya)

Mcançester. Şəhər stadionu

İlk oyun – 0:3

Report

Oxundu: 531

© 2018 - NSPSOLUTIONS