Bazar ertəsi, 23 iyul 2018

Menu

Bazar ertəsi, 23 iyul 2018

DÜNYA FUTBOLU

Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşəcək

11.04.2018 10:34

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Son oyun günündə biri İspaniya, digəri isə Almaniyada olmaqla iki oyun baş tutacaq. İspaniyanın "Real Madrid” klubu doğma azarkeşlər önündə İtaliya "Yuventus”u ilə üz-üzə gələcək. Madrid təmsilçisi İtaliyadakı matçda 3:0 hesabı ilə qələbə qazanıb. Turin klubu bu görüşdə möcüzəni reallaşdırmağa çalışacaq. Meydan sahibləri bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. Komandanın əsas müdafiəçisi Serxio Ramos cəzalı olduğuna görə bu oyunda iştirak etməyəcək. Madrid klubunun digər müdafiəçisi Naço isə zədə səbəbindən görüşü buraxacaq. Lukas Vaskesin isə iştirakı sual altındadır. Qonaqlarda isə Paulo Dibala və Rodriqo Bentankur cəzalı, Andrea Barzaqli isə zədə səbəbindən bu matçda komandasına kömək edə bilməyəcək. Günün digər oyununda Almaniyanın "Bavariya” klubu İspaniyanın "Sevilya” komandasını qəbul edəcək. İlk görüşdə səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya təmsilçisi cavab qarşılaşmasına itkilərlə çıxacaq. Manuel Noyer, David Alaba, Arturo Vidal və Kinqsli Koman zədə səbəbindən bu matçda iştirak etməyəcək.

Qonaqların heyətində isə Simon Kyer bu oyunu buraxacaq. Qabriel Merkado, Xoakin Korrea və Sebastyan Korşyanın bu matçda iştirakı bəlli deyil.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

11 aprel

22:45. "Real Madrid” (İspaniya) – "Yuventus” (İtaliya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

İlk oyun – 0:3

22:45. "Bavariya” (Almaniya) – "Sevilya” (İspaniya)

Baş hakim: Villi Kollam (Şotlandiya)

İlk oyun – 2:1

Report

Oxundu: 286

© 2018 - NSPSOLUTIONS