cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Bəlkə də, Çempionlar Liqasında son oyunum idi" - İnyesta

11.04.2018 13:05 Oxundu 2725

“Belə məqamda nəsə demək çətindir. Biz buna hazır deyildik. Çoxlu səhv edirsənsə, Çempionlar Liqasında bunu bağışlamırlar. Dəhşətli dərəcədə məyusuq”.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Barselona”nın kapitanı Andres İnyesta Çempionlar Liqasının 1/4 finalının “Roma” ilə cavab qarşılaşmasından (0:3) sonra deyib.

Təcrübəli yarımmüdafiəçi məğlub olaraq turnirlə vidalaşdıqları matçı belə şərh edib: "İlk hissədə bizdə heç nə alınmadı. İkinci hissədə bir qədər artırsaq da, bu, yetərli olmadı. Biz başqa tempdə oynamalıydıq. Bəlkə də, Çempionlar Liqasında son oyunum idi.

Turniri belə notda bitirmək çox ağırdır. Məğlubiyyət yetərincə motivasiyamızın olmaması ilə bağlı deyil. Bura Çempionlar Liqasıdır, burda gözlənilməzliklər baş verir. Biz fiaskoya uğradıq”.