cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Robben: "Çempionlar Liqasında hər şey ideal olmalıdır"

12.04.2018 20:43 Oxundu 2906

"Bayern Münhen"in yarımmüdafiəçisi Aryen Robben Çempionlar Liqasının 1/4 finalında "Sevilya" ilə qarşılaşma (0:0) barədə fikirlərini bölüşüb. Hollandiyalı futbolçu bunları deyib: "Gözlədiyimiz kimi, rəqib bizə təhlükə yaratdı. "Sevilya" çox yaxşı komandadır. Baneqanı xüsusi qeyd etmək lazımdır. Birinci hissədə oyuna lazımi qədər nəzarət edə bilmədik. Amma qol vurmaq üçün çox imkanlar əldə etdik. İkinci hissədə daha yaxşı oynadıq. Çempionlar Liqasında hər şey ideal olmalıdır. Qapımızı toxunulmaz saxlamalı idik. Bu turnirdə həmişə yüksək səviyyəli oyun göstərmək lazımdır". Goal.az