çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Avropa Liqasının püşkü atıldı

13.04.2018 16:02 Oxundu 3064

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Avropa Liqasının yarımfinal cütlükləri müəyyənləşib.

Cempion.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, püşkatmaya əsasən, İspaniyanın “Atletiko” klubu İngiltərənin “Arsenal” komandası ilə qarşılaşacaq. İkinci yarımfinalda Fransanın “Marsel” klubu ilə Avstriyanın “Zalsburq” komandası üz-üzə gələcək. İlk oyunlar aprelin 26-da, cavab oyunları isə mayın 3-də keçiriləcək. Final matçı mayın 16-da Lionda baş tutacaq.