Bu gün Topaz Premyer Liqasında XXIII tura start veriləcək. Turun ilk günündə yalnız bir qarşılaşma keçiriləcək. Günün yeganə matçı Gəncədə baş tutacaq. Çempionatın lideri “Qarabağ” səfərdə “Kəpəz”lə görüşəcək. Son 14 matçda uduzmayan Qurban Qurbanovun yetirmələri ardıcıl 5-ci çempionluğuna doğru bir addım da yaxınlaşmaq üçün səfərdən itkisiz dönməlidi. Cari mövsüm rəqibinə xal verməyən “Qarabağ”ln bu vəzifənin öhdəsindən gələcəyi gözlənilir. “Kəpəz” isə 4 turluq qələbə həsrətini qırsa, Yunis Hüseynovun yetirmələri sensasiyaya imza atmış olacaq. “Qarabağ”la son 6 dueldə məğlubiyyətləri sıralayan qərblilər artıq 23 oyundu rəqibinə qalib gələ bilmir.
Qeyd edək ki, sabah “Sumqayıt” “Keşlə”ni, “Zirə” “Neftçi”ni, “Qəbələ” “Səbail”lə qarşılaşacaq.
Topaz Premyer Liqası
XXIII tur
14 aprel (şənbə)
16:00. “Kəpəz” – “Qarabağ”
Mövsümün əvvəlki oyunları: 0:2, 0:2, 0:1
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu
1. |
Qarabağ |
22 |
16 |
5 |
1 |
32-8 |
53 |
2. |
Qəbələ |
22 |
12 |
5 |
5 |
36-22 |
41 |
3. |
Sumqayıt |
22 |
10 |
6 |
6 |
29-24 |
36 |
4. |
Zirə |
22 |
9 |
8 |
5 |
29-21 |
35 |
5. |
Neftçi |
22 |
9 |
4 |
9 |
28-24 |
31 |
6 |
Səbail |
22 |
5 |
3 |
14 |
14-31 |
18 |
7. |
Keşlə |
22 |
4 |
6 |
12 |
19-34 |
18 |
8. |
Kəpəz |
22 |
3 |
3 |
16 |
14-37 |
12 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12
Apasport