cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Joze Mourinyo Pol Poqbanın satışına icazə verib

17.04.2018 11:54 Oxundu 2409

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo futbolçu Pol Poqbanın satışına icazə verib.

“Report” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 25 yaşlı yarımmüdafiəçinin çıxışından narazıdır. Bu səbəbdən, Mourinyo yay fasiləsində Fransa yığmasının üzvünün satışı üçün “yaşıl işıq” yandırıb.

Poqbanın xidmətində Fransa təmsilçisi PSJ maraqlıdır. Parislilərin artıq onunla danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin yayında İtaliyanın “Yuventus” klubundan 105 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunan Pol Poqba İngiltərə Premyer Liqasının cari mövsümündə 5 qol vurub və 9 məhsuldar ötürmə verib. O, hazırda İngiltərə Premyer Liqasında ən bahalı futbolçudur.