şənbə, 18 avgust 2018

Menu

şənbə, 18 avgust 2018

DÜNYA FUTBOLU

“Dünya çempionatında iştirak edəcəm” - İbrahimoviç

18.04.2018 16:07

Zlatan İbrahimoviç Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatında iştirak edəcək. İsveçli futbolçu qatıldığı televiziya proqramında məsələyə aydınlıq gətirib. Məşhur şou aparıcısı Cimmi Kimmelin qonağı olan İbra mundialla bağlı ünvanlanan suala, “Bəli, Dünya çempionatında iştirak edəcəm” – deyə, cavab verib. “Mənsiz Dünya çempionatı Dünya çempionatı deyil” deyən İbrahimoviç özünə məxsus iddiaları açıqlamalarından da qalmayıb.

Qeyd edək ki, İsveç millisinin heyətində 116 matçda meydana çıxan və rəqib qapılarına 62 dəfə yol tapan Zlatan İbrahimoviç ölkə tarixinin ən məhsuldar futbolçusu hesab olunur.Apasport

Oxundu: 296

© 2018 - NSPSOLUTIONS