bazar, 21 oktyabr 2018

Menu

bazar, 21 oktyabr 2018

DÜNYA FUTBOLU

Sneyderin milli komanda ilə vidalaşacağı tarix açıqlanıb

23.04.2018 20:11

Hollandiya Futbol Federasiyası Uesli Sneyderin son dəfə milli komandada çıxış edəcəyi tarixi açıqlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı futbolçu sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirəcək.

Hazırda Qətərin Əl-Qarafa klubunda çıxış edən yarımmüdafiəçi 2003-cü ildən Hollandiya milli komandasında çıxış edir. O həmçinin yığmada ən çox oyun keçirən futbolçudur.

Qeyd edək ki, Sneyder milli komandanın heyətində 133 oyunda meydanda olub və 31 qola imza atıb.

Oxundu: 365

© 2018 - NSPSOLUTIONS