çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Məhəmməd Salaha torpaq sahəsi hədiyyə edilib

24.04.2018 19:37 Oxundu 2851

Səudiyyə Ərəbistanı hökuməti İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salaha Məkkə şəhərində torpaq sahəsi hədiyyə edib. Bu barədə Məkkə şəhərinin bələdiyə şurasının rəhərinin müavini Fəht Ər-Rouki "Əl Vətən" qəzetinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Krallığın hakimiyyəti Salaha İngiltərə çempionatında göstərdiyi yaxşı oyuna və rekord göstəricilərə görə torpaq sahəsi ayırmaq qərarına gəlib.

Ər-Rouki həmçinin misirli futbolçunun ərəb və Səudiyyə gənclərinə müsbət təsiri olacağını, eləcə də oyunçunun Böyük Britaniyadakı bütün müsəlmanların səfiri olduğunu qeyd edib. Report