cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Yarımçıq qalan “Fənərbağça” - “Beşiktaş” matçı ilə bağlı yekun qərar verildi

25.04.2018 16:43 Oxundu 2628

Türkiyə Futbol Federasiyası ölkə kubonun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən və insident nəticəsində yarımçıq dayandırılan “Fənərbağça”-“Beşiktaş” matçı ilə bağlı qərar verib.

Cempion.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, federasiya matçın 57-ci dəqiqədən davam etdirilməsinə qərar verib. Bundan başqa, matç azarkeşsiz oynanılacaq.

Tərəflər arasında oyun mayın 3-də keçiriləcək.

Xatırladaq ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş başına dəyən əşya səbəbilə yaralanmışdı. Baş vermiş insident nəticəsində hakim oyunu 57-ci dəqiqədə dayandırmışdı.