cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Azərbaycan Qran-prisi üçün biletlərin əksəriyyəti satılıb

26.04.2018 14:48 Oxundu 3157

"Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin əksəriyyəti sahibini tapıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, Filarmoniya, İçəri Şəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb.

Qalan tribunalar üçün biletlər də artıq satılıb qurtarmaq üzrədir.

İndiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və satılan biletlərin 45 faizi xarici ölkələrin payına düşür. İlk "onluğ"a Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 27 - 29-da keçiriləcək. Report